Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının fevralın 2-də keçirilməsi planlaşdırılır.

İclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının bu il yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.