16 il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

2002-ci ildən indiyə qədər Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, 1 yanvar 2018-ci il tarixədək fonda 88.008.970,18 AZN, 212.873,88 ABŞ dolları, 9536,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.