32 yaşlı qadın intihara cəhd edib

 Şamaxı rayonunda 32 yaşlı qadın intihara cəhd edib.

Hadisə rayonun Çarhan kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü C.S. (ad və soyad şərtidir) sirkə turşusu içərək intihara cəhd edib. O, yaxınları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin mədəsi yuyulub, hazırda Reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.