ABŞ Pakistana maliyyə yardımını dayandırır

ABŞ Pakistana maliyyə yardımını dayandırır. 

Abzas.net xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqlama verib.

Nauert-in sözlərinə görə, ABŞ Pakistana təhlükəsizlik məsələləri üzrə maliyyə yardımını dayandıracaq. Söhbətin hansı məbləğdən getdiyi məlum deyil.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Pakistan terrorla mübarizədə yetərincə səy göstərmir. Yardımın dayandırılması da məhz bununla bağlıdı.

Daha öncə Nauert ABŞ-ın Pakistana 255 mln. dollar maliyyə yardımını ödəməkdən vaz keçdiyini açıqlamışdı.

Bir neçə gün öncə, ABŞ prezidenti Donald Trump Pakistanı terrorçulara sığınacaq verməkdə ittiham etmiş və bu ölkəyə ayrılan maliyyə yardımını dayandıracaqlarını bəyan etmişdi.

Son 15 ildə ABŞ Pakistana 33 milyard dollar maliyyə yardımı edib.