Ali Məhkəmə Əli İnsanovun şikayətini təmin etməyib

Yanvarın 16-da Ali Məhkəmədə Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanovun 11 illik cəzası başa çatandan sonra, yenidən 7 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Abzas.net xəbər verir ki, məhkəmə hakim Fərhad Kərimovun sədrliyi keçirilib.

İclasda qərar elan edilib. Məhkəmə Əli İnsanovun şikayətini təmin etməyib.

Qərara əsasən, Ə.İnsanovun kassasiya şikayəti təmin edilməyib.

Ə.İnsanov məhkəmədə iştirak etməyib. Onun bu barədə Ali Məhkəməyə yazılı ərizə göndərdiyi bildirilir.

Xatırlatma

Əli İnsanov 2005-ci ildə həbs edilib. Əvvəlcə vətənə xəyanətdə ittiham edilən keçmiş nazir daha sonra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.