Arda Turan “Başakşehir”ə transfer olundu

İspaniyanın “Barselona” futbol klubunun türk futbolçusu Arda Turan vətəninə dönüb.

Abzas.net xəbər verir ki, Türkiyə yığmasının ulduz futbolçusu Arda Turan Türkiyənin Medipol “Başakşehir” klubuna transfer olunub.

Bu barədə “Başakşehir” rəsmiləri açıqlama verib. Belə ki, klub Ardanı 2.5 il müddətinə kirayələyib.

Bu barədə “Barselona” FK da açıqlama verib:

“”Barselona” və “Başakşehir” klubları arasında Ardanın 2.5 illik transfer məsələsində razılıq əldə edilib. Bu müddətdə “Barselona” oyunçunu satmaq ixtiyarını öz əlində saxlayaca. Bundan əlavə “Barselona” həmçinin Ardaya görə bonuslar alacaq. Eyni zamanda “Başakşehir”-də oyunçu transfer etmək maddəsi var”.

Arda Turan Barselonaya 2015-ci ildə “Atletiko” Madrid klubundan transfer olunub. Katalon klubunun heyətində oynadığı 2.5 il ərzində çıxdığı 55 oyunda 15 qola imza atıb. Türk ulduz bu müddətdə 6 kubok qazanıb: 1 La Liga, 2 Kral kuboku, 1 İspaniya Super kuboku, 1 Klublararası Dünya kuboku, 1 UEFA Super Kuboku.