Asim Mollazadə AŞPA-nın Monitorinq komitəsinin üzvü seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Monitorinq komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanın Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri də iştirak edib.

İclas zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni üzvü Asim Mollazadə Monitorinq komitəsinin üzvü seçilib.