AŞPA-nın qış sessiyası başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası start götürür.

26 yanvar tarixinə qədər davam edəcək sessiya Fransanın Strasburq şəhərində başlayır. İlk iclas günü parlamentin prezident və vitse-prezidentləri, qurumun insan haqları üzrə komissarları seçiləcək.

Sessiya “Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilib. İclas vaxtı Avropadakı münaqişələr və onlardan əziyyət çəkən insanlar, Fələstin-İsrail probleminin həlli yolları, İslamofobiya və ksenofobiya ilə mübarizədə AŞ-nın və digər qurumların rolu, Avropada antisemitizmin artması kimi məsələlər müzakirə ediləcək

Ermənistan prezidenti Serj Sərkisyan 24 yanvar tarixində Avropa Şurasının Parlament Assambleyasında çıxış edəcək.