Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

2017-ci ilin əvvəlindən sonunadək ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 9890712 nəfərə çatıb.

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bundan əlavə, ötən ilin ilk 10 ayı ərzində 132002 körpə doğulub.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 52318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.