Azərbaycanda 2018-ci ildə hansı günlər bayram günü olacaq

Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixləri qeyri-iş günü elan edilib.

24 mart şənbə gününə təsadüf etdiyinə görə istirahət günü növbəti iş gününə – martın 26-na keçirilir. Beləliklə, 17-18 mart istirahət günlərindən sonra bir gün – 19 mart iş günü, daha sonra 7 gün qeyri-iş günü olacaq.

Martda bir qeyri-iş günü daha var – 8 Mart Qadınlar Günü.

Mayda iki qeyri-iş günü olacaq: 9 May – Qələbə Günü və 28 May – Respublika Günü. 28 may bu il bazar ertəsinə təsadüf edir, beləliklə, ardıcıl olaraq 3 gün qeyri-iş günü olacaq.

2018-ci ildə Ramazan bayramı iyunun 15-16-da qeyd edilir. 15 iyun həm də Milli Qurtuluş Günü, 16 iyun isə şənbə olduğuna görə, əmək qanunvericiliyinə əsasən, bayramla əlaqədar istirahət günləri iki növbəti iş gününə keçirilməlidir.

22-23 avqust Qurban bayramına təsadüf edir.

Noyabrın 9-u Bayraq Günü kimi qeyd ediləcək.

İlin son günü – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.