Azərbaycanda taxıl istehsalı azalıb

2017-ci ildə Azərbaycanda taxıl istehsalı 2 milyon 928,845 min ton təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatda deyilir.

“2016-cı illə müqayisədə taxıl istehsalı 4,4% və ya 136,237 min ton azalıb”, – Komitədən bildiriblər.

2016-cı ildə Azərbaycanda 3 milyon 65,1 min ton taxıl istehsal edilmişdir.

2017-ci ildə taxıl yığımı hər kektardan 2016-cı ildə 30,6 sentnerə qarşı 29,8 sentner təşkil edib.

İstehsal olunmuş taxıl məhsulunun 62,1 faizini (1818,7 min ton) buğda, 27,8 faizini (815,0 min ton) arpa, 8,0 faizini (235,6 min ton) qarğıdalı, 0,6 faizini (16,2 min ton) çəltik, 1,1 faizini (32,0 min ton) paxlalılar, 0,4 faizini (11,3 min ton) isə digər dənli və dənli paxlalı bitkilər təşkil etmişdir