Azərbaycanın Əfqanıstandakı hərbçilərinin bir hissəsi geri qayıdıb

Azərbaycanın Əfqanıstandakı hərbçilərinin bir hissəsi ölkəyə qayıdıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

NATO-nun “Qətiyyətli dəstək” missiyası isə 2015-ci ilin yanvarından həyata keçirilir.

Azərbaycanın 2018-ci ilə kimi Əfqanıstandakı hərbçilərinin sayı 94 nəfər olub. 2018-ci ildən bu say 120 nəfərə qədər yüksəldilib.