Azərbaycanlı deputatın hazırladığı qətnamə AŞPA-da qəbul edilib

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı qətnamə layihəsi qəbul edilib. 

Qətnamədə Avropa İnsan Hüquqları Konvensiyası, digər beynəlxalq sənədlərdə işgəncə vermək, qeyri-insani, təhqiredici rəftar və cəzanın qadağan edildiyi bildirilir və üzv ölkələrə bu sənədlərə riayət etməyə dəvət edilirlər.

AŞPA üzv dövlətlərə işgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarətinin qanunsuz olduğunu və heç bir şərt altında qəbul edilmədiyini bildirir.

Qətnamə yekdilliklə qəbul edilib.

“İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı qətnamə layihəsi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Vüsal Hüseynov tərəfindən hazırlanıb.