Bakıdakı ATS-lərdə ixtisarlar başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir.

İşçilərin, təxminən, yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır.

Onlara hər telefon qovşağından 100 nəfərin işdə saxlanılacağı bildirilir.

NRYTN, hələ ki, fakta münasibət bildirməyib.