Çində işçilərin maaş borcu kərpiclə ödənilib

Çinin cənub-şərqində yerləşən bir müəssisə işçilərin ödənilməmiş qalan məvacib borcunu kərpiclə ödəyib.

Maaş borcunun ümumi həcmi 90 min yuan (14 min ABŞ dolları) təşkil edib.

Nançan şəhərində yerləşən müəssisənin 30 fəhləsi 80 min yuan əvəzinə 290 min kərpic almağa razılaşıb, rəsmi Xinhua agentliyi xəbər verir.

“Jiangxi Daily” qəzeti işçilərin çoxunun dağlıq Yunan bölgəsindən olduğunu yazır. Məlumata görə onların qaldığı yataqxanada elektrik və isinmə sisteminin olmadığına görə işçilər şam və odundan istifadə edirmişlər.

Yerli əmək və məhkəmə orqanları işçilərin məişət durumuna maraq göstərəndən sonra fəhlələr maaş borcunun kərpiclə qarşılanmasına razı olublar.

Hazırda adı çəkilməyən işəgötürən müəssisə hələ də borclu qaldığı 10 min yuan tapmağa çalışır, Xinhua agentliyi xəbər verir.

Mövzu Çin mətbuatında qızğın müzakirələrə təkan verib.

Sina Weibo sosial şəbəkəsinin istifadəçiləri soruşur ki, məvacibləri gecikdirilən məhz niyə miqrantlar olur?

Başqaları isə hesab edir ki, daşınmaz əmlak bazarında köpük şişərək o dərəcəyə çatıb ki, bundan sonra pulu adi kərpic də əvəzləyə bilər.

İşəgötürən və miqrantlar arasında mübahisələr adətən Yeni ildən əvvəl kəskinləşir. Ənənəvi Yeni il bayramı Çində 18 fevralda qeyd olunacaq.

Çinin həmkarlar ittifaqı son 5 ildə 5 milyon miqrant işçiyə maaşlar üzrə ödənilməyən pulun alınmasına kömək etdiyini bildirib. Bu, rəqəmin 30 mlrd yuana (4.5 milyard ABŞ dolları) yaxın olduğu xəbər verilir.

MƏNBƏBBC
Əvvəlki məqaləİlham Əliyev OPEC-in baş katibi ilə görüşüb
Növbəti məqalədəMilli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum olub