Deputatlar tətildən yanvarın 15-i qayıdacaq

Yanvarın 15-də Milli Məclis (MM) deputatlarının tətili sona çatır.

Abzas.net xəbər verir ki, yanvarın 15-dən etibarən parlamentin komitələrinin iclasları başlayacaq. Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Parlamentin yaz sessiyası mayın 31-dək davam edəcək.

Milli Məclisin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.