Donald Tramp: “Aparıcı KİV-lər bizim seçkiləri qazanmağımızdan dəli olurlar”

ABŞ prezidenti Donald Tramp “Od və qəzəb: Trampın Ağ evinin daxilində” kitabının müəllifi Maykl Vulfu “psixi xəstə” adlandırıb.

Kitab prezident tərəfindən “Twitter”də xatırladılıb.

Tramp yenidən kütləvi informasiya vasitələrini yalan məlumat yaymaqda ittiham edib.

“Onlar hətta düzgün məlumat çatdırmağa və ya səhv olduğu təqdirdə onu düzəltməyə belə cəhd göstərmirlər. Onlar bilərəkdən yalan yazan və psixi xəstə olan müəllifin kitabını təbliğ edirlər. Aparıcı KİV-lər bizim seçkiləri qazanmağımızdan dəli olurlar”, — deyə Tramp bildirib.