Donald Tramp Davosa gəldi

ABŞ prezidenti Donald Tramp Vaşinqtondan Davosa səfər edir.

Tramp Davosda keçirilən iqtisadi forumda iştirak edəcək.

Donald Tvitter səhifəsində bu barədə məlumat verərək qeyd edib ki, Davosda Amerikanın böyük dövlət olması barədə, fəaliyyətinin ABŞ iqtisadiyyatını hansı ölçüdə artırması mövzusunda çıxış edəcək.

Qərb mətbuatının xəbərinə əsasən, ABŞ liderinin çıxışında  Amerika siyasətinin qlobal ticarət və təhlükəsizliyə necə təsir edəcəyi vurğulanacaq.

Ekspertlərin fikrinə görə, Tramp, ötən il keçirilən forumda ABŞ iqtisadiyyatının yeni prezident dövründə iflasa uğrayacağını deyənlərə dərs vermək üçün Davosa səfər edib.

Tramp Davosa tək gedir. Birinci xanım onu forumda müşayət etməyəcək. Melaniya son günlər Trampın adının porno ulduzla hallanmasından sonra səfərə çıxmaqdan imtina edib.