Dünya birjalarında neftin qiyməti qalxıb: Brent 70 dolları keçib

Dünya birjalarında neftin qiyməti qalxıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelinin qiyməti 66,26 dollara qalxıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 70,97 dollara yüksəlib.