Dunja Mijatovic Avropa Şurasının İnsan Hüquqları Komissarı seçildi

Bu gün Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında Dunja Mijatovic  (Bosniya və Hersoqovina) qurumun İnsan Hüquqları Komissarı seçilib.

Bu barədə AŞPA-nın rəsmi saytında məlumat yayılıb. Mijatovic 6 il müddətinə seçilib və 2018-ci ilin aprelin 1-dən fəaliyyətə başlayacaq.

Onun lehinə 107 deputat səs verib. Pyer-İv Le (Fransa) 103, Qoran Klemençiç (Sloveniya) 19 səs alıb.

Dunja Mijatovic 2010-2017-ci illərdə ATƏT-in mətbut azadlığı məsələləri üzrə nümayəndəsi olub.