Dünya və Avropa çempionunu öldürməkdə təqsirləndirilən azərbaycanlının məhkəməsi başlayıb

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrei Drachov-un qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Rusiya mətbuatını məlumatına görə, Xabarovsk vilayət məhkəməsində keçirilən iclas qapalı şəraitdə baş tutub və heç kim buraxılmayıb.

Anar Allahverənovun vəkilləri ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz oduğunu bildiriblər və bununla bağlı vəsatət veriblər.

Növbəti məhkəmə iclası yanvarın 23-də keçiriləcək.

2017-ci ilin avqustun ayının 20-də rusiyalı idmançı Andrei Drachov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. Hadisə anının videogörüntüləri sosial şəbəkələrdə kütləvi şəkildə yayılıb.