Elmar Məmmədyarov Fransa XİN rəhbəri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransada səfərdədir.

Abzas.net xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat verib.

Fransaya səfəri çərçivəsində Məmmədyarov bu ölkənin xarici işlər naziri Jean-Yves Le Drian ilə görüşüb.

Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində görülən işlər müzakirə edilib.

Həmçinin nazirlər Azərbaycan və Fransa arasında iqtisadi sahədə əməkdaşlığın inkişafından razılıqlarını bildiriblər.

Görüşdə ticarət dövriyyəsinin artırılması kimi məsələlər də müzakirə edilib.