Ermənistanda hakim partiyanın prezidentliyə namizədi məlum olub

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

“Aysor.am”-ın verdiyi məlumata görə, bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq.

A. Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir.

O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.

Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir.

Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.

Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.