“Everton” Cenk Tosunu transfer edib

İngiltərənin “Everton” klubu Türkiyə milli komandasının və “Beşiktaş”ın hücumçusu Cenk Tosunu transfer edib.

Abzas.net xəbər verir ki, bu transfer Liverpul təmsilçisinə 27 milyon avroya başa gəlib. Bu barədə “beİN Sports” məlumat yayıb.

“Everton”un baş məşqçisi Sam Allardyce, işin rəsmi tərəfinin həll ediləcəyi halda Tosunu “Liverpul” ilə baş tutacaq oyunun siyahısına əlavə edəcəyini açıqlayıb.

Cenk Tosunun yeni komandasında nə qədər qazanacağı hələ ki məlum deyil.

2014-cü ildə “Beşiktaş”a gələn Cenk Tosun qara qartalların heyətində keçirdiyi 114 oyunda 55 qol vurub, 13 məhsular ötürmə verib.