İcra başçısı vəkil Elçin Sadıqovdan şikayət verib

Elçin Sadıqov

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tanınmış vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət göndərib.

Bu barədə vəkil özü məlumat verib.

E.Sadıqov bildirib ki, buna səbəb icra başçısının qanunsuz əməllərilə bağlı işə vəkillik etməsidir:

“Gədəbəy rayonunda sahibkarın hüquqlarının müdafiə etdiyim və bununla bağlı Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməllərindən Azərbaycan Respublikasının Prezidentinə və digər dövlət orqanların şikayət etmişdim. Bu səbəbdən də Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib”.

Vəkil deyib ki, şikayətlə bağlı barəsində intizam icraatı başlanıb.