İlham Əliyev Bolqarıstan Baş naziri ilə görüşüb

Bolqarıstan Baş naziri Boyko Borisov Azərbaycanda səfərdədir.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Bolqarıstan Baş naziri Boyko Borisovu qarşılayıb.

Məlumata görə, Əliyevlə Borisov arasında təkbətək görüş olub.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.