İlin ilk ay tutulması baş verəcək

Yanvarın 31-də bu ilin ilk Ay tutulması hadisəsi qeydə alınacaq.

Bu barədə AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, 17:29-da maksimum səviyyəyə yüksələcək, saat 19:11-də başa çatacaq.

X.Mikayılov bildirib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.