İran İraq Kürdüstanı ilə referendumdan sonra bağladığı sərhədi açıb

Yanvarın 2-də İran İraqın şimalında yerləşən İraq Kürdüstanıyla iki sərhəd keçid məntəqəsini yenidən açıb.

Abzas.net xəbər verir ki, müstəqillik referendumundan sonra bağlanan Tamarçin və Pərviz Xan keçid məntəqələri yenidən açılıb.

Bu keçid məntəqələri referendum bittikdən sonra, İraq hakimiyyətinin xahişi ilə bağlanmışdı.

2017-ci ilin sentyabrın 25-də İraqın şimalında yaşayan kürdlər müstəqillik referendumu keçirib. Səsvermədə iştirak edən kürdlərin 92 faizi müstəqilliyi dəstəkləyib.

Rəsmi Bağdad bu referendumu qanunsuz hesab edir və nəticələrini tanımadığını bəyan edib.