Keçən il 19 dini icmanın dövlət qeydiyyatı ləğv olunub

Keçən il Azərbaycanda dövlət qeydiyyatına alınan 22 dini icmanın ləğv edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilib.

Barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, bu müddət ərzində19 dini qurumun ləğv edilməsi barədə məlumat dini qurumların dövlət reyestrinə daxil edilib, 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb.

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 765-i İslam, 28-i isə qeyri- islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.