Ksenia Sobchak Donald Trump ilə səhər yeməyinə dəvət edilib

Teleaparıcı Ksenia Sobchak ABŞ-a Birləşmiş Ştatların Prezidenti Donald Trumpın da iştirakı ilə dua ediləcək səhər yeməyinə dəvət olunub.

“İnterfaks” xəbər verir ki, Ksenia Sobchak mətbuat katibi Ksenia Çudinova iş qrafikinin imkan verəcəyi təqdirdə teleaparıcının feveralın 1-də baş tutacaq səhər yeməyinə qatılacağını bildirib.

Onun sözlərinə görə, teleaparıcı ABŞ-da üç gün qalacaq və bu müddət ərzində o, çox sayda müxtəlif çıxışlar etməli və görüşlər keçirməlidir.

Ksenia Sobchak Rusiyada martın 18-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyini irəli sürüb.