Leyla Şıxliniskaya 8 milyonluq vergidən yayınmada ittiham olunur

Leyla Şıxlinskaya

Xalq artisti Leyla Şıxlinskayanın təsisçisi olduğu klinikaya qarşı cinayət işi açılıb.

Məlumata görə, “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb.

Məsələ ilə bağlı Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.

Eyni zamanda, klinika ilə daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

“Leyla Şıxlinskaya” klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi də ayrıca icraatda aparılır.

Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.