Mərkəzi Bank depozit hərracında 142,5 mln manat az vəsait cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən verilən xəbərə görə, hərracda tələb 57,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,69% təşkil edib.

Turan-nın məlumatına görə, Mərkəzi Bank depozit hərracında 142,5 mln manat az vəsait cəlb edib.

Mərkəzi Bank 200 mln manat cəlb etməyi planlaşdırsa da, 57,5 mln manat cəlb edə bilib.