Mərkəzi Bankın keçmiş sədr müavini Mikayıl Cabbarovun müşaviri təyin olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.

Bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb.

X.Abdullayev özü də faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq.

X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu.