Mohamed Salah Afrikada ilin oyunçusu seçilib

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adı bəlli olub.

Abzas.net xəbər verir ki, Afrikada ilin futbolçusu tituluna Misir yığmasının və İngiltərənin “Liverpul” komandasının hücumçusu Mohamed Salah layiq görülüb.

Salah ikinci yeri 118 səs fərqi ilə geridə qoyaraq, 625 səslə birinci olub.

2-ci yeri 507 səslə yenə “Liverpul”da çıxış edən Seneqal yığmasının forvardı Sadio Mane tutub. 311 səs toplayan Almaniyanın “Borussiya” (Dortmund) klubunun qabonlu hücumçusu Pierre Emerick Aubameyang isə üçüncülüklə kifayətlənməli olub.

2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan və ötən il Afrika Millətlər Kubokunun gümüş medallarına sahib çıxan Misir mili komandası ilin yığması seçilib.

Misirin argentinalı baş məşqçisi Hector Cuper isə ilin baş məşqçisi adına layiq görülüb.