Prezident aparatında işçilərin sayı artırılıb

Ölkənin Prezident Administrasiyasının strukturunun yenidən təşkili başa çatıb.

Strukturda 412 ştat vahidi olacaq.

Struktur dəyişiklikləri dövlət başçısının “Prezident Administrasiyasının strukturunun təsdiq edilməsi və işçilərinin sayının müəyyən edilməsi haqqında” 17 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq həyata keçirilib.

Sənədə əsasən, ilkin olaraq 410 ştat vahidinin yaradılması nəzərdə tutulurdu, amma layihəyə düzəlişlər edilib və işçilərin sayı 412-yə çatdırılıb.

Xüsusən, dövlət qulluğu və kadrlar məsələləri şöbəsinin şəxsi işlərin aparılması sektorunun əməkdaşlarının sayı 2-dən 4-ə qaldırılıb.