“Prezidentin Davosda 30-a yaxın görüşü planlaşdırılıb” — Novruz Məmmədov

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Əliyevin Davos Forumunda iştirakını və keçirdiyi görüşləri şərh edib.

Məlumatına görə, N.Məmmədov bildirib ki, Davos Forumu xüsusilə problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır:

“Davos İqtisadi Forumu dünəndən işə başladı. Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.