Qızılın qiymətində 1 dollardan çox azalma baş verib

Amerika fond bazarında “Dow Jones” indeksi 0,07% – 25 369,13 bəndədək, “S&P 500” 0,11% – 2 748,23 bəndədək, NASDAQ isə 0,14% – 7 153,57 bəndədək azalıb.

Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,23% – 7 748,51 bəndədək artıb, Almaniya DAX-ı 0,78% – 13 281,34 bəndədək, Fransa CAC-40-ı isə 0,35% – 5 504,68 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar azalaraq 1 318,10 dollara, gümüşün qiyməti isə 0,01 dollar azalaraq 17,02 dollara satılıb.