Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Cümə günü Bakıda və Abşeronda hava əsasən yağıntısız olacaq, gecəyə doğru bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +1 +3 dərəcə, gündüz +9 +12 dərəcə təşkil edəcək.

Sinoptiklərin məlumatına görə, ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Aran rayonlarında gecə -3 dərəcə şaxtadan +2 dərəcəyə qədər isti, gündüz +7 +12 dərəcə isti olacaq.

Dağlarda gecə -4 -9 dərəcə şaxta, gündüz 0 +9 dərəcə isti olacaq.

Sinoptiklər həmçinin yanvarın 19-u axşamdan 20-si axşamadək bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi, hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimal və şərq rayonlarında intensiv olacağı barədə xəbərdarlıq edirlər.