Sabaha olan hava proqnozu açıqlanıb: qar yağacaq

Yanvarın 15-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, yağıntının sulu qara, qara keçəcəyi bildirilir.

Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,gecə 0-2, gündüz 2-5 dərəcə isti olcaq.

Ölkənin rayonlarında da yağış, qar yağacağı bildirilir.
Gecə 5 dərəcə şaxtadan, 2 dərəcəyə kimi iti, gündüz 3-7 dərəcə isti təxmin edilir. Bəzi dağlıq ərazilərdə gecə şaxtanın 9-14 dərəcəyə qalxacağı gözlənir.