Sabaha olan hava proqnozu açıqlanıb: yağış yağacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.

Mayın 8-də Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.