Son 20 ildə AÇG 445 mln. ton neft hasil edib

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsinə başlanıldığı 1997-ci ilin noyabrından 2017-ci ilin dekabrın 1-nə kimi olan müddətdə 460 mln. ton neft və 140 mlrd. kubmetr səmt qazı hasil edilib.

Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, AÇG-dən hasil olunan ümumi neftin 250 mln. tonu və ya 56%-i Azərbaycanın mənfəət neftinin payına düşür: “2017-ci ilin dekabrın 1-nə Azərbaycanın dünya bazarlarına ixrac etdiyi 460 mln. ton neftin 350 mln. tonu Bakı-Tbilsii-Ceyhan əsas boru kəməri vasitəsilə ixrac edilib.

Azəri, Çıraq və dərinsulu Günəşli yataqlar blokunun işlənməsin dair müqavilə 1994-cü il 20 sentyabr tarixində imzalanıb və həmin ilin 12 dekabrında qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə yekunlaşmalı idi. 2017-ci ilin 14 sentyabrında Azərbaycan hökuməti və tərəfdaşlar arasında Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzalanıb.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Statoil” – 7,27%, “ExxonMobil” – 6,79%, TP – 5,73%, “Itochu” – 3,65%, “ONGC Videsh Limited” (OVL) – 2,31%