Suriyada ardıcıl partlayışlar nəticəsində ən azı 30 nəfər ölüb, 70 nəfər yaralanıb

Suriyada ardıcıl partlayışlar baş verib.

Türkiyə KİV-nin məlumatına görə, Suriyanın İdlib şəhərində ard-arda 4 partlayış baş verib.

Məlumata görə, ardıcıl şəkildə 4 minalanmış avtomobil partladılıb.

Hadisə nəticəsində ən azı 30 nəfər ölüb. Daha 70 nəfərin yaralandığı bildirilir.

Hələ ki, partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.