Tanınmış jurnalist urək tutmasından dünyasını dəyişdi

Tanınmış jurnalist Nicat Məlikov dünyasını dəyişib. 

Nicat Məlikovun dostlarının sosial şəbəkədə yazdıqları məlumata görə,  Nicat Məlikov bu gün axşam saatlarında yolda dünyasını dəyişib. Belə ki, Nicat Məlikov mağazaya gedərkən yolda  ürəyi tutub və yıxılıb.  Onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nicat Məlikov 1979-cu ildə anadan olub. N.Məlikov “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında işləyirdi. Bundan öncə isə N.Məlikov uzun müddət “Zerkalo” qəzetində çalışıb.

Alah rəhmət eləsin.