Tripolidə hava limanına hücum nəticəsində azı 20 nəfər ölüb, 60 nəfər yaralanıb

Liviyanın paytaxtı Tripolidə yerləşən Mitiqa beynəlxalq hava limanına silahlı hücum olub.

Yerli mətbuatın ölkənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 20 nəfər ölüb.

Daha 60 nəfərin yaralandığı bildirilir.

Hadisənin səbəbləri barədə hələ ki heç bir məlumat verilmir.

Mitiqa hava limanı hadisə ilə bağlı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Buna baxmayaraq, Liviya mətbuatında yer alan məlumatlara görə, hadisə Tripolidə hakim olan Milli Barışıq Hökümətinə qarşı çıxmayan iki qrup arasında baş verib.