Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın

“Keçmişdə olduğu kimi “Zeytun budağı” əməliyyatları haqqında da dezinformasiya yayılmasını müşahidə edirik”.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən müşavirənin yekunları barədə açıqlamasında deyib.

Müşavirə təhlükəsizlik məsələlərinə həsr olunub və Afrin əməliyyatları geniş müzakirə olunub: “Azad Suriya Ordusu üzvləri və onlara dəstək verən Türkiyə Silahlı Qüvvələrimizə aid birliklər Afrində təsbit edilən separatçı terror qruplaşmasına aid hədəfləri məhv edərək daha mətn addımla irəliləyir. Terrorçularla mülki əhalini ayrıd etmək məsələsinə əvvəlki əməliyyatlarda oldğu kimi yenə də hassas yanaşırıq və bununla bağlı mövqeyimiz dəyişməyib. Separatçı terror qruplaşması bölgədən tamamilə təmizlənənə, Suriyanın əsl sahibləri olan və hələ də ölkəmizdə yaşayan 3,5 milyona yaxın qaçqın qardaşlarımız öz evlərinə qayıdanadək əməliyyatları davam etdirəcəyik”.