Türkiyə Suriya ilə sərhədə hərbi texnika yeridib

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın suriyalı kürdlərin (YPG) “başlarını qopartmaqla” hədələməsindən dərhal sonra Suriya ilə sərhədə hərbi texnika karvanı göndərib.

Bu barədə hərbi mənbəyə istinadən “Anadolu” yazıb.

Onların arasında 5 ədəd tank da var. Tanklar yük maşınları ilə daşınıb.

Mənbənin sözlərinə görə, ağır hərbi texnika sərhəd kontingentinin gücləndirilməsi məqsədi ilə göndərilib.

Əvvəlki məqaləAvropa İttifaqından Dağlıq Qarabağ bəyanatı
Növbəti məqalədəBMT-dəFələstin dövlətinin yaradılması məsələsinə baxıla bilər