Türkiyədə “Bank Asya”-nın rəhbərliyində təmsil olunan 68 nəfər haqda həbs qərarı çıxarılıb

İstanbul polisi “Bank Asya”-nın rəhbərliyində təmsil olunan A qrupu hissədarlarından 68 nəfərin saxlanılması üçün əməliyyat əmri verib.

Abzas.net xəbər verir ki, əməliyyatı Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları həyata keçirir.

Barələrində saxlanılma qərarı çıxarılan 68 nəfərin “FETÖ” (Fetullah Gülen Terror Örgütü) üzvü olduğu bildirilir. Onlardan ikisi ölkə xaricində olduğu müəyyənləşdirilib.

Digər 66 nəfərin saxlanılması üçün 8 bölgədə eyni zamanda əməliyyatlar başladılıb.

Əvvəlki məqaləTrump sanksiyaların Şimali Koreyaya təsir etdiyini bildirib
Növbəti məqalədəİran İnqilab Məhkəməsinin sədri: “Həbs edilən etirazçılar edam oluna bilər”