Üç uşaq anası intihar edib

Şəmkir rayonunda üç uşaq anası intihar edib.

Abzas.net xəbər verir ki, hadisə rayonun Təzə Posanlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Aygün Həsən qızı Hüseynova yaşadığı evin çardağında özünü asaraq intihar edib.

Qeyd edək ki, üç azyaşlı uşağın anası olan A.Hüseynovanın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.