Usubovun qardaşı oğlunun yerinə yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilib. 

Ramil Usubovun müvafiq əmri ilə Cövdət Məmmədov Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

24-cü polis bölməsinin rəisi olmuş nazirin qardaşı oğlu Hikmət Usubov ötən ilin sonlarında tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

MƏNBƏazadliq.info
Əvvəlki məqaləTürkiyə XİN ölkə vətəndaşlarını ABŞ-a getməkdən çəkinməyə çağırdı
Növbəti məqalədəAkif Çovdarov zəhərlənməkdən ehtiyat edir?