Xameneyi: Düşmənlərimiz pul, silah və agentlərlə İranı qarışdırdı”

İranın dini lideri Ayətullah Əli Xameneyi, etiraz aksiyalarını “ölkənin düşmənlərinin pul, silah və agentlərini istifadə edərək başladığını” deyib.

Ayətullah Əli Xameneyinin rəsmi internet saytında paylaşılan açıqlamada, “son günlər İranın düşmənləri, İslam Respublikasında problemlər çıxarmaq üçün pul, silahlar, siyasət və xüsusi xidmət orqanlarının da olduğu müxtəlif vasitələrdən istifadə edib” deyilir.

Xameneyi həmçinin, “doğru zaman gələndə” son hadisələrlə bağlı olaraq xalqa çıxış edəcəyini də bildirib.

İranın dini lideri ölkədə etiraz aksiyalarının başlamasından bəri ilk dəfədir ki, verdiyi açıqlamada xarici qüvvələri ittiham edir.

Yanvarın 1-dən 2-nə keçən gecə İranda etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində doqquz nəfər həyatını itirib, İran dövlət mediası xəbər verir.

Etiraz aksiyalarının altıncı günündə növbəti zorakılıq İsfahan rayonunda baş verib və aksiyalarda ölənlərin sayı azı 22-yə çatıb.